Sionist rejimi Sərdar Süleymaninin sui-qəsdindəki rolunu etiraf edib

Qafqaztimes xəbər verir ki, İsrail ordusunun keçmiş yüksək rütbəli məmuru ilk dəfə olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin keçmiş komandanı Sərdar Qasım Süleymaninin qətlində Tel-Əvivin əli olduğunu etiraf edib.

İsrail hərbi kəşfiyyat xidmətinin keçmiş rəhbəri Tamir Hayman çərşənbə axşamı bildirib ki, Təl-Əviv iki il əvvəl ABŞ-ın rəhbərlik etdiyi əməliyyatda “rol oynayıb”.

Jerusalem Post xəbər verir ki, bu, ilk dəfədir ki, yüksək vəzifəli İsrail rəsmisi İsrailin bu əməliyyatdakı rolunu təsdiqləyir.

Bir neçə ay əvvəl Yahoo News xəbər vermişdi ki, israillilər general Süleymaninin hərəkətlərini izləmək üçün ABŞ-a onun bir neçə mobil telefon nömrəsini əldə etmək imkanı veribmişlər.

Heyman ABŞ-ın terror əməliyyatına dəstək verərək deyib: “Süleymaninin öldürülməsi vacib idi, çünki bizim əsas düşmənimiz İrandır.”

Related posts

Dövrünüzü tanımaq üçün

Sionist rejimin silahlarının 99%-ni Amerika və Almaniya təmin edir – ətraflı

Ənsarullah: Yəmən xalqı Fələstinə dəstəyi dayandırmayacaq