Sionist rejim UNESCO-dan əliboş qayıtdı

UNESCO-nun İordan çayı qərb sahilinin Əriha şəhərində yerləşən Təll Əl Sultan  təpəliyini tarixi məkanını faktiki olaraq Fələstinin tarixi irsi abidəsi elan etməsi sionistlərin sinirlənməsi ilə nəticələnib.

Təsnim İnfromasiya Agentliyinin məlumatına əsasən, Səudiyyə Ərəbistanında keçirilən UNESCO iclasına həvəslə gedən sionist rejim nümayəndə heyəti əlləri ətəklərindən uzun qayıdıb.

İsrail mediaları deyir: Dünən (17 sentyabr) Səudiyyə Ərəbistanı paytaxtı Riyazda işinə yekun verən UNESCO Ümumidünya İrs Komitəsi Əriha şəhərinin Təll Əl Sultan təpəliyinin sırf Fələstinin irsi abidəsi olduğuna dair qərar qəbul etdi.

Qeyd edək ki, France İnformasiya Agentliyi Ümumidünya İrs Komitəsinə istinadən elan edib ki, tarixi eramızdan əvvələ qayıdan bu təpəlikdə xristianlıq və yəhudiliyə dair heç bir əlamət kəşf edilməyib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib