Sionist rejim Suriyaya aviazərbələr edir

Sionist rejim mediaları İsrail qırıcılarının Suiryanın Deyr Əz-Zur bölgəsinə aviazərbələr endirdiyindən xəbər verirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Suriya ordusu da bu gün səhər (3 oktyabr) elan edərək iki hərbçisinin yaralandığından xəbər verib.

Məlumata görə aviazərbələr gecə saat 23:50 radələrində baş verib və Deyr Əz Zurun Əlbu Kəmal məntəqəsinin Əl Həmizə bölgəsində yerləşən düşərgə İsrail qırıcılarının əsas hədəfinə çevrilib.

Həmçinin Deyrəz Zur hava limanı yaxınlığında yerləşən Cəbəl Hərabiş yüksəklikləri də hava hücumlarına məruz qalıb.

Bəzi xəbər qaynaqları bu gün səhər Suriyanın İraqla sərhəd bölgələrində də naməlum qırıcı təyyarələr Əlbu Kamal bölgəsini bombardman ediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib