Sionist rejim Şərqi Azərbaycan vilayətində 10 nöqtəyə hücum edib – 3 şəhid, 6 yaralı

Şərqi Azərbaycanın Fövqəladə Halların İdarəetmə Baş direktoru Məcid Fərşi bildirib ki, bu gün səhər saat 5 radələrində Təbriz şəhərinin ətrafındakı 7 nöqtə, Bostanabad rayonunun Səidabad bölgəsində 2 nöqtə və Marağada 1 nöqtə sionist rejimin hücumlarına məruz qalıb. Hücumların əsas hədəfi hərbi bölgələr olub.

Hədəf alınan yerlər arasında Şəhid Təccəlayi hərbi hissəsi, Bostanabadın Səidabad bölgəsində yerləşən Şəhid Kərimi mərkəzi və Marağadakı bir tədqiqat mərkəzi var.

Təəssüf ki, 3 nəfər şəhid olub, 6 nəfər yaralanaraq müalicə üçün Təbriz xəstəxanalarına köçürülüb.

Fərşi əlavə edib ki, bütün infrastruktur və xidmət qurumları fəaliyyətini normal şəkildə davam etdirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib