Sionist rejimin siyasi təhlilçisi Tel əvivə xəbərdarlıq edərək deyib: İordan çayının qərb sahilində bir daha əməliyyat keçirmək istəyirsinnizsə, Fələstin bataqlığında batacaqsınız.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, saxtakar rejimin keçmiş təhlükəsizlik məmuru Amus Yadlin bir neçə ekspertlə keçirdiyi verlişdə 2-ci mühafizə divarı əməliyyatına işarə edərək rəsmi Tel Əvivə bataqlıq xəbərdarlığı verib.
Yadlin etiraf edib ki, son İlli qəsəbəsindəki əməliyyatı nazirlər kabinetinin Nablos və Cenin layihələrinə təşəbbüsü ilə keçirilib. Onun sözlərinə görə artıq 2002-ci ildəki kimi insanlar geridə qalmayıb, müqavimət dəstələri gücləndirilib, silahlanıb və dünya media vasitələrindən hər şeyi izləmək imkanına malikdir.
Ekspert söhbətinin sonunda nazirlər kabinetinə belə bir sualla müraciət edib: Gündən-günə güclənən müqavimət əleyhinə hansı yei proqramınız var? İranın nüvə proqramı müqabilində hansı siyasətləri yürüdəcəksiniz? Ərəbistan-İran münasibətləri barədə fikriniz nədir? Siz İranın İsrailin daxili ifratçılarının başladığı işin quyusuna tökdüyü su ilə qidalanan Fələstin bataqlığında batmaqmı istəyirsiniz?