Sionist rejim prezidenti Azərbaycana təyin olunmuş yeni səfirlə görüşüb

İsrailin Azərbaycana təyin olunmuş yeni səfiri Ronen Kraus Prezident İsxak Hersoqla görüşüb.

Qafqaz Times xəbər verir ki, bu barədə diplomat özünün ” X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Prezident İsxak Hersoqla, eləcə də digər missiya rəhbərləri ilə görüşmək şərəfinə nail oldum. İsrailin beynəlxalq diplomatik əlaqələrini gücləndirmək üçün növbəti tapşırıqlarımıza hazırlaşarkən onun göstərdiyi dəstəyə görə minnətdaram. Azərbaycana yeni səfərimin başlanmasını səbirsizliklə gözləyirəm”, – deyə R.Kraus yazıb.

Xatırladaq ki, bu il yanvarın 12-də İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya bölməsinin direktoru Ronen Kraus bu ölkənin Azərbaycandakı yeni səfiri təyin olunub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib