Sionist rejim müharibə nazirliyi nümayəndələri Bakıya səfər edib

Saxtakar sionist rejim müharibə nazirliyinin baş direktoru Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti dünən axşam (18 sentyabr) Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Shafaqna İnformasiya Agentliyinin məlumatına əsasən, görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası müdafiə nazirliyi bu barədə bəyanat yayaraq elan edib ki, general-polkovnik Zakir Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan Respublikası müdafiə nazirliyi İsrail istehsalı olan Barack Mix (İldırım) adlı hərbi müdafiə sistemini sınaqdan keçirib və son zamanlar işğal Fələstindən Azərbaycana onlarla təyyarə hərbi təchizat daşınıb.

Sionist mediaların yazdığına görə İsrail Azərbaycanda mövqeyini bərkitmək üçün milyardlarla dollarlıq silah sataraq əvəzinə neft alır.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Əraqçı: Biz dolayı danışıqlar üsulundan başqa üsulu qəbul etmirik