Sionist rejim: Livan İsrailin şimalında özünə təhlükəsiz yer qurub

Sionist rejim: Livan İsrailin şimalında özünə təhlükəsiz yer qurub

Sionist rejim ordusunun keçmiş komandanlarından biri Əl Cəlil məntəqəsini itirmək üzrə olduqlarını, İsrailin özü üçün Livanın cənubunda təhlükəsiz məkan yaratmaq əvəzinə Hizbullah qüvvələrinin işğal olunmuş torpaqlarda yerləşdiklərindən xəbər verib.

İRNA-nın məlumatına əsasən, Yəftah Run Tall deyib: Livan Hizbullahı bizə məhəl qoymadan Keryat Şamune qəsəbəsini ruhlar diyarına çevirib. Belə ki bu qəsəbədə artıq heç kəs yaşamır bə yaşamaq imkanı yoxdur.

Yəftah Run Tallın bu sözləri elə bir zamana təsadüf edir ki, sionist medialar Livan müqavimətinin kəşfiyyat sistemlərinin İsrailin xəbərdarlıq sistemlərini sıradan çıxarması barədə məlumatlar verirlər.

Medialar yazır: Livan Hizbullahı İsrail ordusunun təhlükəsizlik sistemləri və radarlarını hədəfə almaqla onları sıradan çıxarırlar.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir