Sionist rejim: İranlılar bizi uzaqdan mühasirəyə alıblar

Qafqaztimes xəbər verir ki, Vyana danışıqları ərəfəsində işğalçı İsrail rejiminin baş naziri Naftali Bennet növbəti dəfə İranın nüvə proqramı və regional fəaliyyətlərinə qarşı mövqe nümayiş etdirib.

İsrail mediasının məlumatına görə, çərşənbə axşamı baş nazir Naftali Bennet İran və dünya gücləri arasında dekabrda Vyanada keçirilən danışıqlar barədə fikir bildirib.

Bennet çıxışının əvvəlində deyib: “İranlılar Tehranda təhlükəsiz oturarkən İsraili raketlərlə mühasirəyə alıblar. Onlar bizi uzaqdan incidir və zərər verirlər”.

Sionist rejimin baş naziri daha sonra bu rejim rəsmilərinin İslam İnqilabı Keşikçiləri Korpusu, xüsusilə də Qüds Qüvvələrinə qarşı terrora dəstək məsələsi ilə bağlı əsassız iddialarını təkrarlayıb.

Bu iddialardan sonra Qərbi Asiya regionunda yeganə nüvə silahına sahib olan rejimin baş naziri İranın dinc nüvə proqramı və dekabrın 29-də Vyanada keçirilən danışıqlara toxunub.

Naftali Bennet iddia edib: “İranla dünya gücləri arasında razılaşma olsa da belə, İsrail bu sazişin bir hissəsi deyil və ona tabe olmayacaqdır. Bizim üçün müttəfiqlərimizlə fikir ayrılığı yaşanan mürəkkəb dövr ola bilər. Biz İsrailin fəaliyyət azadlığını qorumağa davam edəcəyik. Hətta əvvəlki nüvə razılaşmasına qayıdış olsa da belə.”

Related posts

Netanyahunu görən olub? ))

Tarixi Palmira dağıdılır…

Hizbullahın yüksək rütbəli komandirinin qızına təvazökar cavabı