Sionist rejim İranın Dəməşq konsulluğuna hücum etdi

İnformasiya qaynqları sionist rejimin Dəməşqin Əl Məzeh xiyabanında yerləşən İran konsulluğunun binasını hədəfə aldığından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejimin qırıcı təyyarələri bu gün axşam saatlarında Dəməşqin Əl Məzeh xiyabanında yerləşən İran İslam Republikası səfirliyinin konsulluq şöbəsinin binasını hədəfə alıblar.
 Təsnim Agentliyinin Dəməşq müxbiri bu hücumda 5 nəfərin şəhid olduğunu deyib. Hələlik bu hücumun xəsarət və tələfatı ilə bağlı rəsmi məlumat yayılmayıb.
Amerikanın “New York Times” qəzeti dörd İsrail rəsmisinə istinadən yazıb ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücuma görə məsuliyyət İsrailin üzərinə düşür.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri konsulluq binasına F-35 qırıcıları və 6 raketlə hücuma edildiyi an səfirlikdə olduğunu qeyd edərək deyib: Sionist rejim diplomatlara qarşı cinayətləri çoxdur.
Hüseyn Əkbəri həmçinin deyib: Ötən 6 ayda Fələstin xalqına qarşı törədilən bütün bu cinayətlərdən sonra İrana qarşı düşmənçiliyini də göstərməli idi. Bir neçə iranlı müşavir binada şəhid olublar. Bu addım bizim qəti cavabımızla nəticələnəcək.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib