Sionist rejim hərbçiləri fələstinlilərdən qorxur

Nablosun cənubundakı “Zətrə”post-patrul keçidində fələstinli bir gənc sionist rejim hərbçilərinə avtomobillə hücum edərək 2 nəfəri yaralayıb.

Əl-Aləm telekanalının məlumatına əsasən, işğalçı rejim informasiya qaynaqları bu xəbəri təsdiqləyərək elan edib ki, hərbçilərə hücum eən fələstinli hadisə yerinən qaçıb və axtarışdadır.

Ötən bir neçə gün ərzində işğal olunmuş Qüdsdə oxşar əməliyyatlarda 8 sionist öldürülüb və 12 nəfər yaralanıb.

Xatırladaq ki, son günlər işğal olunmuş Fələstin torpaqlarında ümumi vəziyyət fələstinlilərin müqavimətinin güclənməsinə doğru dəyişməkdədir. Belə ki, sionist rejim cinayətkarlarının hücumları cavablandırılır və qəsbkarların əvvəlki qüdrətinin zəiflədiyini göstərir.

Bundan əvvəl sionistlər yalnız təkcə işğal olunmuş ərazilərin cənub bölgələri və Qəzzə zolağında fələstinlilərlə üzləşməli olurdularsa, amma indi fələstinlilərin odlu silahla silahlandıqları, qorxmazcasına hücum üçün pusqular hazırladıqları üçün şərqi Fələstinin qərbində, İordan çayının qərb sahillərində də təhlükələr yaşayırlar.

Related posts

Hənzələ əməliyyatı: Sionist rejim tarixində ən böyük həkləmə

Sionist girovların Netanyahuya müraciəti davam edir

Sionistlərin əksəriyyəti girov mübadiləsi tələb edir