Sionist rejim hərbçiləri 5 azyaşlı uşağı həbs edib.

Əl-Aləm telekanalının məlumatına əsasən, müşahidəçilər sionist rejimin içində 5 uşaq olmaqla 7 fələstinlinin həbs edildiyindən xəbər veriblər.

Məlumatda deyilir: Bu hadisə Məscidül Əqsada mübarək Besət günü münasibətilə keçirilən mərasimdə baş verib. Sionistlər mərasimə basqın edərək bu dəfə uşaqları həbs etmək qərarına gəlib. Deyilənlərə görə uşaqlardan biri 13 yaşında olub.

İşğalçı rejim polisi Babul Amud məntəqəsində heç bir izahat verilmədən fələstinlilərin bir yerə toplaşması haqda qadağa tətbiq edib. Qərb sahili və işğal olunmuş Qüdsdə isə mübarək Besət günü münasibəti ilə bütün mərasimlər ləğv olunub.

Qeyd edək ki, Qüds və onun ətrafı bu ilin əvvəlindən rahatlıq görməyib. İnsan hüquqları müdafiəçilərinin fikrincə Benyamin Netanyahunun başçılıq etdii sionist rejimin yeni nazirlər kabineti fələstinlilərə qarşı təcavüzlərini şiddətləndirmək üçün əlindən gələni əsirgəmir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur