Sionist rejim HƏMAS liderlərini terror etməyə çalışır

QafqazTimes xəbər verir ki, İngiltərənin “The Times” qəzeti məlumatlı mənbələrə istinadən yazır ki, sionist rejim öz müttəfiqlərinə bildirib ki, son iki ayda həyata keçirilən cihad əməliyyatları və bir neçə sionistin öldürülməsinin qisasını almaq üçün bəzi HƏMAS liderlərinin terror edilməsi məqsədilə xaricə bir terrorçu qrupu göndərmək niyyətindədir.

HƏMAS sionist rejiminə qarşı sui-qəsd proqramları ilə bağlı Qərbi Asiya və Avropanın kəşfiyyat xidmətlərindən xəbərdarlıqlar alıb.

Daha sonra hesabatda HƏMAS-ın iki yüksək səviyyəli lideri Saleh əl-Aruri və Zahir Cabbarin sui-qəsdin hədəfi kimi göstərilib. Əl-Aruri İordan çayının qərb sahilindəki gizli hərbi şəbəkələrin komandiri, Cabbarin isə onun maliyyələşdirilməsi üzrə məsuldur.

“The Times” bildirir ki, analitiklərin fikrincə HƏMAS liderlərinin daxildə terror edilməsi ehtimal olunmur. Çünki bu, işğal altındakı Fələstinin şəhərlərinə raket atəşi dalğasına və ötən ildə (Qüds qılıncı) olduğu kimi geniş müharibəyə səbəb ola bilər. Qeyd edilən sui-qəsdlərin regionun digər ölkələrində, məsələn, HƏMAS liderlərinin yaşadığı Livan və ya Qətərdə baş verəcəyi gözlənilir.

Qəzet sonda son illərdə xaricdə qətlə yetirilən bəzi Həmas üzvlərinin adlarını qeyd edərək yazıb: “2010-cu ildə Dubayda Mahmud əl-Məbhuh, 2016-cı ildə Tunisdə Həmasın pilotsuz təyyarə mühəndisi Məhəmməd əl-Zəvavi və 2018-ci ildə Malayziyada Fadi əl-Bataş terror edilmişdir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri