Sionist rejim Dəməşq ətrafına raket atdı

Suriyanın paytaxtı Dəməşq şəhəri raket hücumuna məruz qalıb.

Əl Aləm telekanalının məlumatına əsasən, səhər saatlarında Suriya raketdən müdafiə sistemi sionist rejim ordusu tərəfindən atılmış hücumu qabaqlayıb. Paytaxt güclü titrəyişləri hiss edib.

Verilən məlumatda Suriya ordusunun hal-hazırda sionist rejim tərəfindən atılma ehtimalı olan raketlərdən müdafiə işlərinə hazırlaşdıqları deyilir.

Sionist İsrail rejimi ordusu bu gün səhər tezdən Suriyaya raket atdığını elan edib.

Dəməşq administrasiyasına bağlı hərbi mənbə, İsrailin paytaxt Dəməşq yaxınlığındakı nöqtələrə raket hücumu təşkil etdiyini təsdiqləyib.

Mövzu ilə bağlı hələ heç bir detallaı məlumat verilməyib.

Qeyd edək ki, ötən mart ayına sionist İsrail rejimi Dəməşq hava limanına raket zərbəsi edirmişdi və nəticədə hava limanının fəalliyyəti aldığı xəsarətlərə görə bir neçə gün bağlanmışdı.

Son zamanlar Suriya, Livan və Fələstində müqavimət hazırda sionistlərin raketlərinə ancaq raketlə cavab verir və bu özü müqavimət qüvvələriin get-gedə artmaqda olan gücünü nümayiş etirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur