9 may tarixində sionist rejimin əsgərləri BBC Ərəb xidmətinin xüsusi müxbiri Firas Kilanini (Böyük Britaniya vətəndaşı) və onunla birlikdə olan 6 əməkdaşını Cənubi Suriyada saxlayıb.
BBC-nin yaydığı məlumata görə, jurnalistlər BMT tərəfindən nəzarət edilən tampon zonada, Kuneytra şəhəri yaxınlığında sionist rejimin hərbi mövqeləri ətrafında çəkiliş apardıqları üçün axtarılıb, dindirilib və hədələniblər.
Komanda Qolan Təpələri yaxınlığındakı ərazilərdən reportaj hazırlayırdı və sionist rejimin Suriyadakı son hərbi əməliyyatlarını işıqlandırırdı.