Sionist rejim Beyrutun Zahiyə bölgəsinə hücum etdi

Sionist rejim Beyrutun Zahiyə bölgəsinə hücum etdi

Livan mediaları sionist rejimin Beyrutun Zahiyə bölgəsinə hava hücumlarından xəbər verir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim qırıcı təyyarələri bu gün səhər tezdən (2 oktyabr) Beyrutun cənub bölgəsi olan Zahiyənin hava məkanını pozaraq bombardman edib.

Bu hücumdan bir saat əvvəl sionist rejim işğalçıları Harrə Hərik məntəqəsi sakinlərinə ərazini boşaltmaları barədə xəbərdarlıq edib.

İşğalçı rejim qüvvələri cənubi Zahiyədə də digər bir hava əməliyyatı keçirərək biir yaşayış binasını hədəfə alıb.

Məlumata əsasən, sionist rejim hərbçiləri bu gün səhərdən indiyə qədər 8 dəfə Beyrutun hava məkanına daxil olaraq şəhər əhalisini bombalı hücumlara məruz qoyublar.

Livan qaynaqlarının məlumatına əsasən, Əl Şəvifat bölgəsi 3 dəfə bombardman edilib.

Related posts

Almaniya: Cövlan təpələrinin işğalı beynəlxalq qanun pozuntusudur

Colani üçün 10 milyon dollarlıq mükafat öz qüvvəsindədir

ABŞ: Qəzzədə atəşkəs zəruridir