Sionist rejim atəşkəsi pozur

Fələstin İslami Müqavimət Hərəkatı Həmas siyasi bürosu katibinin müşaviri sionist rejimin Qəzzədə atəşkəs rejimini dəfələrlə pozduğundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Tahir Əl Nunu Əl Cəzirə kanalı ilə müsahibəsində deyib: Sionist rejim Qəzzəyə humanitar yardımların çatdırılması və əsirlərin azad edilməsi barədə razılaşmaya sadiq qalmadı. Çünki işğalçı rejim hərbçiləri Qəzzədə bir neçə nəfərə atəş açıb ki, nəticədə 2 fələstinli şəhid olub.

Əl Nunu həmçinin deyib: Biz bu razılaşmanın icrasını gözləyirik. Hətta BMT-yə “bəhanələrin qəbuledilməzliyi” barədə müraciət edəcəyik.

Atəşkəs və girov mübadiləsi vasitəçilərinə minnətdarlığını bildirən Həmas rəsmisi yeni razılaşma müzakirələrinə tam hazır olduqlarını da elan edib. O, deyib: İşğalçıların Qəzzəni işğal etmə iddiası absurddur. Çünki müqavimət hissi Fələstin xalqının qanına hopub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur