Sionist rejim əsirlərin yeni siyahısını aldı

Sionist rejim əsirlərin yeni siyahısını aldı

Sionist rejim nazirlər kabineti administrasiyası sabah azad ediləcək əsirlərin siyahısını Həmasdan alması barədə məlumat yayıb.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Benyamin Netanyahu administrasiyası bu gün (29 yanvar) elan edib: Həmas 5-i Tailand və 3-ü İsrail vətəndaşı olmaqla toplam 8 nəfər üzərində mübadilə siyahısını onlara təqdim edib.

Məlumata görə Həmas Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcək.

Digər informasiya qaynaqları Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsinin məlumatına istinadən yazır: İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli məhbusu azad edəcək. Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur