Sionist rejim əsgərləri yenidən bir birilərini vurdular

QafqazTimes xəbər verir ki, sionist hərbçilərin İordaniya vadisində öz qüvvələrini vurmasından və iki nəfərin ölməsindən cəmi bir neçə həftə sonra sionist mənbələr işğal olunmuş ərazilərin cənubunda yenidən sionist rejim qüvvələrinin bir birilərini vurması xəbərini yayıblar.

İbrani mediası əvvəlcə Misirlə sərhəddə narkotik tacirləri ilə atışma nəticəsində iki rejim sərhədçisinin yaralandığını xəbər veriblər. Lakin bir neçə dəqiqə sonra İsrail ordusunun sözçüsü bu xəbəri təsdiqləyərək, iki sərhədçinin ordu qüvvələrinin səhv atəşi nəticəsində yaralandığını bildirib.

Təl-Əvivin BMT-dəki səfiri Gilad Ardan da daxil olmaqla bəzi İsrail rəsmiləri bu addımı fəlakət adlandırıb.

Hadisədən cəmi bir neçə gün sonra sionist mənbələri İsrailin Mişur Adomim bölgəsi yaxınlığındakı hərbi bazada əsgərlərin təlim keçdiyi zaman bombanın partladığını və iki əsgərin yaralandığını bildiriblər. İsrail ordusunun “Qolgetz” radiosu isə təlim zamanı qumbaranın partladığını və iki əsgərin yaralandığını iddia edib.

Related posts

Yalnız Allahın razılığı!

Putinin İnqilab Rəhbərinə başsağlığı mesajı

Qaranlıq susur, işıq danışır; sən işıq ol, səssizliyi yırt – video