Sionist rejim qırıcılarının bu gün səhər (30 may) Qəzzə zolağının Əl Nəsirat düşərgəsinə hücumunda 4 fələstinli öz evində şəhid olub.
Əl Aləm telekanalının məlumatına əsasən, bu hücumda daha 15 nəfər ağır yaralanıb.
Şahab İnformasiya Agentliyinin məlumatına görə dağıntılara məruz qalmış evlərdə olan insanların çıxarılması prosesi davam edir və tələfat sayının artacağı ehtimal edilir.
Səma İnformasiya Agentliyinin məlumatına görə, bu gün səhər həmçinin sionist rejim qırıcı dronlarının Nablosda yerləşən Bəlatə qaçqın düşərgəsi də hədəfə məruz qalıb.
Deyilənlərə görə, sionist rejim qırıcılarının bu hücumunda məqsəd müqavimət dəstələrinin nümayəndələri olsa da onlardan heç birinə ziyan dəyməyib.