Sionist rejimə qarşı kiberhücumlar dövlət saytlarını sıradan çıxarıb

QafqazTimes xəbər verir ki, sionist rejimin dövlət qurumları misli görünməmiş kiberhücumdan sonra dünən gecə tamamilə sıradan çıxıb.

İşğalçı sionist rejimi bazar ertəsi rejimin hökumət saytlarının geniş miqyaslı kiberhücuma məruz qaldığını elan edib.

Rejimin kəşfiyyat və xidmət internet saytları tvitter hesabından yazıb ki, hücum nəticəsində hökumət saytları da daxil olmaqla bir sıra internet saytlarına giriş əngəllənib.

Kiberhücumlar Naftali Bennetin Rusiya prezidenti Vladimir Putinlə xüsusi danışıqlarından qısa müddət sonra baş verib və bu, İsrailin diplomatik imicinə ciddi zərbə vurub.

Bununla da İsrail işğalçı rejim ordusunun sıralarında maksimum hazırlıq vəziyyətinin ləğv olunduğunu bəyan etməyə məcbur olub.

Sionist mediası Naftali Bennetə istinadən bildirib ki, o, hökumət iclasını iki saatdan çox tərk edib.

İşğalçı media həmçinin kiberhücumun hökumət saytlarını iflic etdiyini və bunun yalnız iranlı hakerlərin işi olduğunu söyləyib.

İbranidilli “Haaretz” qəzeti Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Rifah Nazirliyi və Baş Nazirin dəftərxanasının internet saytlarına hücum edildiyini yazıb.

Related posts

ABŞ dünyaya qarşı!

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya