Sionist rəsmisi: Riyazla münasibət normallaşması uzun çəkər

Sionist rejim milli təhlükəsizlik üzrə müşaviri xarici işlər nazirinin əksinə olaraq Riyazla münasibətlərinin normallaşması üçün hələ çox yol qət etməyin lazım olduğunu deyib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim rəsmilərinin 3 aylıq səylərindən sonra baş nazir B.Netanyahu böyük razılaşmadan xəbər versə də, Səudiyyə Ərəbistanı açıq-aşkar “yalnız Fələstin ölkəsinin qurulması ilə mümkündür” cavabı ilə üz-üzədir.

Bu barədə sionist rejim milli tərhlükəsizlik müşaviri Tsahi Hengebi deyib ki, ABŞ-ın vasitəçiliyi ilə Tel Əviv-Riyaz diplomatik münasibətlərinin  normallaşması cəhdləri hələ nəticə verməyib və bu məqsədə çatmaq üçün hələ qarşıda çox yol var.

T.Hengebi ABŞ prezidentinin bir neçə gün əvvəl “hələ çox qalıb, amma razılıq olacağına inanıram” sözləri ilə tamamilə razı olduğunu vurğulayaraq deyib: İsrailin ABŞ-Ərəbistan müzakirələrində heç bir rolu yoxdur. Amma Tel Əviv onun təhlükəsizliyinə zərbə vuracaq addım atmaz.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib