Sionist rəsmisi: Əgər ərəbləri yox etmək üçün düymə olsaydı, onu basardım

QafqazTimes xəbər verir ki, İsrailin baş naziri Naftali Bennettin rəhbərlik etdiyi Yamina partiyasının üzvü, sionist dini işlər nazirinin müavini Methan Kahana sionistlərin Efrat qəsəbəsindəki Derehout liseyində çıxışı zamanı ərəblərə qarşı irqçi fikirlər səsləndirib.

“Ərəb 48″ sayt qeyd edib ki, sionist rejimin dini işlər nazirinin müavini bu çıxışında deyib: “Əgər bir düymə olsaydı və onu basmaqla bütün ərəbləri buradan yoxa çıxardıb sürətli qatarla İsveçrəyə, orada yaxşı yaşamaq üçün göndərmək mümkün olsaydı, mən o düyməni basardım.”

Methan Kahana əlavə edib: “Amma bu düymə yoxdur və bəlkə də biz bu torpaqda hansısa şəkildə tənha olmalıydıq.”

Ərəb 48 qeyd edib ki, sionist rejimin dini işlər nazirinin müavini həmçinin deyib: “Bizim geri çəkilib 1967-ci il sərhədlərinə qayıtmağımız və iki ölkə olaraq sülh şəraitində yaşamağımız, məncə cəfəngiyyatdır.”

Kahana həmçinin deyib: “Məncə, onlar öz hüquqlarından heç vaxt imtina etməyəcək və heç vaxt da təslim olmayacaqlar. Onlar “Şeyx Munis” və Təl-Əviv Universitetindən əl çəkməyəcəklər. Ərəblərin özləri üçün dastanları var, deyirlər ki, onlar qədim zamanlardan burada yaşayıblar və biz yəhudilər gəlib onları qovmuşuq. Təbii ki, bunlar cəfəngiyyatdır.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq