Sionist rəsmi: İsrail 100 illik yubileyinə çatmayacaq

Sionist rəsmi: İsrailin 100 illik yubileyinə çatmayacaq

Sionist rejimin keçmiş təhlükəsilik məmurlarından biri İsrailin 100 illik yubiley edə bilməyəcəyi barədə faktlar açıqlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, general-mayir Amos Yadlin yazdığı məqalədə ötən ilin İsrail üçün ən təhlükəli il olduğunu qeyd edərək deyib: Müdrik məmurlar seçməklə ən böyük təhlükələrdən qurtulmaq olar. Amma İsrailin məhv olma təhlükəsi getdikcə artmaqdadır.

Amos Yadlin həmçinin ABŞ-la diplomatik əlaqələrə yenidən baxılmasını vurğulayaraq deyir: Baş nazir Netanyahu bu əlaqələrə böyük zərbə vurdu və fələstinlilərlə ortaq çıxış yolları tapmaq lazımdır.

ABŞ Çin, Rusiya ilə münasibətləri və Ukrayna müharibəsinə İsraildən daha çox diqqət yetirir və bu gələcəkdə daha da çoxalacaq.

Yadlin həmçinin İran əleyhinə ərəb ölkələri ilə diplomatik əlaqələrin artırılmasının da zəruri olduğunu vurğulayıb.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur