Sionist qüvvələri bir livanlı çobanın 500 baş keçisini oğurladılar

Qafqaztimes xəbər verir ki, Livan mediası bazar günü İsrail ordusunun Livanın içərisindən 500 baş keçi oğurlayaraq işğal altındakı ərazilərə köçürdüyünü bildirib.

Livan Milli Media Xəbər Agentliyinə görə, sionist rejimin işğalçı qüvvələri Əl-Sumaqanın qərbindəki Kəfər Şubada bir çobanı odlu silahla vurulduqdan sonra 500 baş keçisini qaçıraraq işğal edilmiş ərazilərə aparmışlar.

Bu yaxınlarda İsrail əsgərləri İsrailin Cənubi Livandan çəkilməsinin 21-ci ildönümünü qeyd edərkən Hizbullah tərəfdarlarına gözyaşardıcı güllələr atmışlar.

Məlumatlara görə Hizbullah tərəfdarları İsrailin 2000-ci ildə Cənubi Livandan çəkilməsinin 21-ci ildönümünü qeyd etmək üçün sərhəd boyunca toplaşmışlar. Əllərində Fələstin və Hizbullah bayraqları olan bir çox insan yüzlərlə avtomobillə bölgəyə daxil olmuş, İsrail qüvvələri isə mitinqi gözyaşardıcı qazla dağıtmağa çalışmışlar.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib