Sionist qırıcılar hücum etdi, Fələstin müqaviməti cavab verdi

Qəzzə zolağında sionist rejim raket hücumları Fələstin müqaviməti tərəfindən cavablandırılıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün səhər tezdən (7 aprel) Qəzzə zolağında sionistlərlə fələstinlilər arasında qarşılıqlı raket hücumları qeydə alınıb.

İbri dilli KİV-lər hal-hazırda bu atışmanın davam etdiyindən xəbər verirlər.

Məlumata görə sionistlərin raket hücümündan iki saniyə sonra fələstinlilər qarşılıqlı olaraq onlara cavab atəşi açıb. Sionistlər yalnız Həmasa aid obyektləri hədəfə aldıqlarını iddia edirlər.

İşğalçı rejim son hadisələrdə Həması günahlandırır və cinayəti öz üzərinə götürməsini tələb edir.

Fələstin İslami Müqavimət Hərəkatı dünən bir bəyanat yayaraq işğal olunmuş Qüds, Qəzzə zolağı və Məscidül Əqsada baş verən cinayətlərə görə sionist rejimin cəzalandırılmasını tələb edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur