Fələstin müqavimət dəstələri İordan çayının qərb sahilindəki Əriha şəhərində sionist qəsəbə sakinlərinə hücum edib.
Əl-Aləm telekanalının məlumatına əsasən, fələstinli müqavimətçilər Ərihada anti-sionist əməliyyatı keçiriblər. Bu əməliyyatda 1 sionist həlak olub və 4 nəfər yaralanıb.
Məlumatda deyilir: anti-sionist əməliyyatdan bilafasilə sonra fələstinlilər məkanı tərk edirblər.
İbri dilli medailar deyir ki, fələstinlilər bir avtomobillə qəsəbə sakini ilə qəsdən ölümcül qəza törədərək maşından düşüb və odlu silahla atəş açaraq hadisə məkanını dərhal tərk ediblər. Deyilənlərə görə məkanı tərk etdikdən sonra digər bir avtomobillə qəsəbədən çıxdığı üçün həbs edilməkdən can qurtarıb.
Həmas sözçüsü Əbdül Lətif Əl-Qanu hadisə barədə fikir bildirərək deyib: Bu əməliyyat sionistlərin Nablosdakı Həvvarə anti-fələstin əməliyyatına cavabdır.
İsrail ordusunun Fələstinin Nablos şəhərində keçirdiyi əməliyyatda azı 10 nəfər ölüb, 102 nəfər yaralanıb. Bölgədə zorakılıq spiralı yenidən şiddətlənməkdədir.