Sionist qəsəbə sakinləri Məscidül Əqsaya yürüş etdi

Sionist qəsəbə sakinləri Məscidül Əqsaya yürüş etdi

Sionist rejimin qəsəbə sakinləri bir daha Məscidül Əqsaya yürüş edərək rəqs, musiqi və telmudi ayinlərinə aid ritualları ilə bu müqəddəs məkana hörmətsizlik ediblər.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, qəsəbə sakinləri bu gün (2 iyun) sionist polisinin dəstəyi ilə Məscidül Əqsaya hörmətsiliklərinə davam ediblər.

Məlumata görə, sionist mühacirlər işğalçı rejim polisinin dəstəyi ilə işğal altındakı Qüdsdəki “Köhnə şəhər” daxilində Məscidül-Əqsanın qapıları qarşısında Telmudi ayinləri keçiriblər.

Fələstin informasiya qaynaqları qəsəbə sakinlərinin sayının 900 nəfər olduğunu da elan edib.

Digər bir məlumata görə, işğalçı rejim hakimiyyəti Məscidül Əqsa və Qüdsdə fələstinlilərə qarşı çox ciddi məhdudiyyətlər qoyub və fələstinlilərin Qüdsdən çıxarılmasına dair sui-qəsd layihəsi intensiv şəkildə davam edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur