Sionist qəsəbə sakinləri fələstinlilərə hücum edir

Dünən axşam (19 mart) Ərihanın qərbində sionist qəsəbə sakini 63 yaşlı fələstinliyə hücum edərək onu yaralayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, bu gün Ərihanın qərb bölgəsində bir neçə maskalı şəxs fələstinlilərin avtomobillərinə hücum edib. Nəticədə nəqliyyat vasitəsində olan xəstə həyat yoldaşını  xəstəxanaya aparan kişi yaralanıb.

Deyilənlərə görə qəsəbə sionistləri fələstinlilərə daş-qalaq atır və avtomobillərə zərər vururlarmış.

Oxşar hadisə Nəleyn şəhərində də baş verib və yaralı faktları müşahidə olunub və 2 nəfər Ramullah xəstəxanasına yerləşdirillib.

Qeyd edək ki, sionist Fələstin xalqına qarşı rejim cinayətlərinin  beynəlxalq qanunlara zidd olmasına baxmayaraq, onlar bu şiddətdən əl çəkmək istəmir, çirkin əməllərinə davam edirlər. Onlar fələstinlilərin evlərini dağıdır və müqəddəslərə hörmətsizlik edirlər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur