QafqazTimes xəbər verir ki, sionist parlamentin qadın müşavirləri və işçiləri sionist nümayəndələri tərəfindən onlara qarşı cinsi zorakılıq hallarının artmasından sonra sükuta son qoymaq qərarına gəliblər. Onlar bu rejimin parlamentinin hüquq müşavirinə şikayət edəcəklərini açıqlayıblar.
Bir sionist internet saytının məlumatına görə, rejim parlamentinin nümayəndələri siyasi mövqelərindən sui-istifadə edərək parlamentin qadın əməkdaşlarına cinsi əlaqə təklif edirlər.
Sionist rejimin rəsmi qurumlarında geniş yayılmış əxlaqi fəsadları etiraf edən bu sayt yazıb ki, iş yerində cinsi təcavüz və zorakılıq məsələsi bir çox İsrail orqanlarında mürəkkəb bir hadisəyə çevrilib, lakin bu halın parlamentə yayılması oradakı gənc qadın işçiləri ciddi narahat edir.
Bu internet saytının məlumatına görə, əslində sionist rejimin ən mühüm orqanlarından biri nazirlər və Knesset nümayəndələri tərəfindən davamlı cinsi təcavüz hallarının şahididir.
Bu xəbərə əsasən, bundan əlavə, ötən ay sionist rejim parlamentinin “Hunakə Mustəqbəl” partiyasından olan qadın nümayəndəsi Miraf Ben Ari də bu məsələyə şəhadət verib. O, parlamentin binasında cinsi zorakılığa məruz qaldığını bildirib.
Bu sionist internet saytının məlumatına görə, Mikal Rosin sionist parlamentin Mirets partiyasından olan başqa bir qadın üzvü də bir neçə ay əvvəl eyni hadisədən şikayətlənib və bildirib ki, “cinsi təcavüz hər yerdə və bütün qurum və təşkilatlarda və təəssüf ki, bu binanın (Parlamentin) daxilində adi hala çevrilib.