Sionist ordusunda intihar edənlərin sayı artır

Sionist ordusunda intihar edənlərin sayı artır

Sionist rejim mediaları Qəzzə müharibəsindən geri dönmüş bir hərbçinin intihar xəbərini yayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (27 iyul) media vasitələri bu hərbçinin kimliyini anonim saxlayaraq ordunun ehtiyatda olan hərbçisinin Fələstinin şimalında işğal altında olan Nəhariyyə şəhərinin sahillərində intihar etdiyini elan edib.

 Ötənlərdə də İsrail radiolarının birində 1 İsrail əsgərinin hərbi xidmət üçün Qəzzə zolağına qayıtmaq əmri verildikdən sonra intihar etdiyindən xəbər vermişdi.

Qeyd edək ki, bu ilin mart ayı üçün verilən statistikaya əsasən, sionist rejim ordusu 1973-cü ildən bəri ən böyük psixi sağlamlıq problemi ilə üzləşdiyini və bu problemin 2023-cü il oktyabrın 7-də Əl-Əqsa Tufanı əməliyyatından sonra başladığını etiraf etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur