Sionist ordusu: Sinvar bizim bütün əməliyyat planlarımızdan xəbərdardır

İbridilli medialar sionist rejim ordusu baş qərargah sədrinin baş nazir Netanyahuya qarşı kəskin etirazlarından xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, sionist rejim ordusu baş qərargah sədri Netanyahuya etiraz edərək Yəhya Sinvarın bütüb hərbi əməliyyatlardan necə xəbərdar olduğunu, bu işdə nazirlər kabinetinin zəif mövqeyini açıqlayıb.

Məlumata görə Yəhya Sinvar sionist ordusunun bütün hərb planlarından addım-adım və bütün detalları ilə bilir və bunun səbəbi isə baş nazirin çıxışlarında əməliyyatlar barədə məlumat verməsidir.

Baş qərargah sədri həmçinin deyib: Hərbi əməliyyat planları barədə mediada danışmaq düzgün deyil. Biz öz planlarımız barədə mediaya hesabat vermək məcburiyyətində deyilik. Elə bu sözlərimizlə Yəhya Sinvar bizim planlarımızdan xəbərdar olur.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur