Livan mediaları sionist rejim ordusunun ölkənin bəzi məntəqələrindən geri çəkilməsindən xəbər verib.
İRNA-nın məlumatına əsasən, Livan ordusu bu gün (7 yanvar) elan edib: Sionist ordusu Rəəsun Naqura, Olmaş Şəəb, Suurdakı Təyr Hərfa və Bəyt Liifdəki Bintu Cubeyldən geri çəkilməyə başladı və eyni zamanda Livan ordusu tədriclə bu ərazilərə daxil oldu.
Livan ordu komandanlığı ölkə vətəndaşlarından hələlik bu ərazilərə yaxınlaşmamalarını, ölkə ordu qüvvələrinin bu torpaqları tamamilə nəzarətə almadıqları müddətdə hərbi fərmanlara riayət etmələri barədə xəbərdarlıq edib.
Livanın baş naziri Nəcib Miqati də bu gün ölkəsinin atəşkəs qaydalarına tam riayət etdiyini vurğulayaraq deyib ki, bu təkcə Livanın çiyinlərinə düşən yük deyil və İsrailin də bu vəzifəyə riayət etməsi zəruridir.
Nəcib Miqati əlavə edib: Biz beynəlxalq müşahidəçilərə açıq-aşkar elan etmişik ki, İsrail atəşkəs qaydalarını pozur və sionist qüvvələrinin ölkədən tamamilə çıxması barədə də lazımi xəbərdarlıqları etmişik. Çünki BMT TŞ-nin 1701 saylı qətnaməsinə sadiq qalmaq təkcə Livanın vəzifəsi deyil. Bu qətnaməyə riayət etmək İsrailin də qəbul etdiyi bir vəzifədir.