Sionist ordusu: 79 saylı tank batalyonu komandiri həlak oldu

Sionist ordusu: 79 saylı tank batalyonu komandiri həlak oldu

Sionist rejim ordusu 79 saylı tank batalyonu komandirinin Qəzzənin şimalında müqavimət hücumları nəticəsində həlak olduğunu etiraf edib.

Qafqaztimüsin xarici medialara istinadən verdiyi məlumata əsasən, işğalçı sionist ordusu bu gün (25 aprel) Beyt Hanun döyüşlərində 79 saylı tank batalyonu komandirini itirdiklərini rəsmən elan edib.

Məlumata görə, bu döyüşdə daha 3 yüksək rütbəli hərbçi də yaralanıb. Amma digər mediaların məlumatına görə, 79 saylı tank batalyonu komandiri Fələstin müqavimətinin snayperinə tuş gəldiyindən xəbər verirlər.

Sionist analitiklərin fikrincə çox güman ki, Həmas döyüşçüləri snayper əməliyyatları, tank əleyhinə raketlərin atəşə tutulması, bombaların partladılması və hərbi bazalara birbaşa hücumlar kimi mürəkkəb pusquların aparılması kimi taktikalardan istifadə edərək bir sıra qısa və effektiv hücumlar təşkil edəcəklər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur