Sionist ordunun sabiq komandiri: Müharibə naziri orduya zərər vurur

Sionist ordunun sabiq komandiri: Müharibə naziri orduya zərər vurur

Sionist rejim ordusunun şimal cəbhəsi komandiri müharibə nazirinin vəzifəyə gəldiyi gündən ordu əleyhinə işlədiyini deyib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Nouam Tibun bu gün (26 may) 103FM radiosu ilə müsahibədə Yesrail Katzı sərt tənqid edərək deyib: Katz özünü elə aparır ki, İsrailin təhlükəsizlik maraqlarına birbaşa zərər vurur. İsrail hal-hazırda çox problemlər yaşayır.  Bir çox problemlərlə üzləşdiyimiz və ilk problemin İsrail cəmiyyətinin birliyini qorumaq üçün məhbusları geri qaytarmaq olduğu bir vaxtda, ordunun nizami və ehtiyatda olan qüvvələrinə böyük təzyiqlərin olduğu bir şəraitdə, hərbi nazir orduya və Baş Qərargah rəisinə dəstək vermək əvəzinə, daim onunla münaqişə haqqında düşünür.

Ehtiyatda olan general daha sonra əlavə edib: Biz bu müharibədə nəyi qazandıq, bilmirəm. Çünki siyasi səbəblər üzündən müharibədən sonrakı vəziyyəti düşünmürük. Halbuki çox ağır bir bataqlıqdayıq. Məncə, ABŞ prezidenti Donald Trampın da İsrailin Qəzzədəki vəziyyətindən səbrü tükənib.

Hal-hazırda siyasi təzyiqlərə məruz qaldıqlarını etiraf edən general deyib: Avropa, Kanada, İngiltərə və Fransa kimi dostlarımız da bizə təzyiq göstərir. Biz İsrail iqtisadiyyatının bu ölkələrə bağlı olduğunu unutmamalıyıq. Eyni zamanda Həmasın ABŞ-la birbaşa müzakirələrə başlaması da İsrailin mənafeyi olmayan məcburi razılaşmaya gətirib çıxara bilər. Bu isə tam təhlükə deməkdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur