Sionist nazir: Səudiyyəlilər bizi yaxşı qarşıladı

Səudiyyə Ərəbistanında səfərdə olan İsrailin turizm naziri bu ölkə rəsmilərinin onları yaxşı qarşıladıqlarını deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, sentyabrın 26-da Beynəlxalq Turizm Təşkilatı sammitində iştirak etmək üçün Riyaza səfər edən Hayim Kats deyib: Heç bir qorxu hiss etmədik. Əslində sakit qonşu bir ölkədə olduğumuzu sanırıq. Hətta Ərəbistanın turizm naziri “İsrail” adını çəkmədən “bu ölkədə olma adəti olmayan ölkə” kimi bizə işarə etdi.

Kats həmçinin Ərəbistanla diplomatik əlaqələrin normallaşması barədə pozitiv düşündüyünü qeyd edərək medialarda bu məsələ ilə bağlı şayiələrin doğru olmadığını da qeyd edib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib