Sionist nazir müharibə kabinetini təhdid etdi

Sionist rejimin 2 naziri əsirlər barədə qəti qərara gəlmədiyi təqdirdə Binyamin Netanyahu kabinetinin ləğvi ilə təhdid ediblər.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (15 fevral) Beni Qants və Qadi Ayzenkut baş naziri müharbə kabinetini ləğv etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini elan ediblər.

Məlumata görə bu iki nazir Benyamin Netnayahunu Misirə müzakirə üçün heyətin göndərməməsi və Həmasla danışıqlardan çəkinməsini tənqid edərək vəziyyətin belə davam edəcəyi təqdirdə kabineti ləğv edəcəklərini deyiblər.

Kan televiziyasının məlumatına görə Qahirəyə sionist heyətin getməməsinə səbəb müharibə naziri Yoav Qalant olub.

Xatırladaq ki, fevralın 8-də baş nazir Benyamin Netanyahu İsrail Fələstinin HƏMAS Hərəkatının Qəzza zolağında üçmərhələli atəşkəs planında nəzərdə tutulan tələblərini yerinə yetirməkdən imtina etdiyini elan edərək demişdi ki: İsrail ardıcıl qələbələr qazanır. HƏMAS-ın irəli sürdüyü müvəqqəti atəşkəs şərtləri sərsəm tələblərdir. Vəziyyəti düzəltmək üçün danışıqlar lazımdır, amma Fələstin tərəfi məqbul addımlar atmır.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya