Sionist müdafiə naziri: Hizbullah bizə yeni yollarla meydan oxuyur

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı İsrailin Müdafiə Naziri, işğal altındakı Fələstinin Livanla şimal sərhədlərini ziyarət edib.

“Arab 48” xəbər saytının verdiyi məlumata görə, Beni Qantz  sionist hərbiçilərinin qarşısında çıxışı zamanı ,”Hizbullah İsrailin təhlükəsizlik sisteminə yeni yollarla meydan oxumağa çalışır” deyib.

İsrailin müdafiə naziri bu sözləri İsrail Ordusunun Şimal Cəbhəsi qərargahına etdiyi səfərinin sonunda söyləyib və İsrail ordusunun bir sıra komandirləri də bu səfərdə onu müşayiət ediblər.

Qantzın Livan sərhədinə səfəri, Livanla müharibəni simulyasiya edən bir qüvvə olan Nahal Briqadasının hərbi təlimlərinin bitməsinə təsadüf edir.

İsrailin Müdafiə Naziri işğal altındakı Fələstinin Livanla sərhədini ziyarətindən sonra belə iddia edib: “İsrail ordusu bütün şimal sərhədlərində hazırdır və Livanla sərhəd bölgəsində daha yüksək hazırlığa malikdir.”

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur