Sionist mediası Kan, İsrailin Qəzzədə hərbi fəaliyyətinə son verdiyini iddia edib

Sionist İsrail rejiminin milli televiziya şəbəkəsi iddia edib ki, rejimin Qəzzədə əməliyyatı ümumilikdə başa çatıb və razılaşma vaxtı gəlib çatıb.

Qafqaztimes xəbər verir ki, bu xəbərə əsasən, sionist rejimin təhlükəsizlik rəsmiləri şənbə günü səhər, İsrail ordusunun Qəzzədə əməliyyatının başa çatdığını iddia ediblər.

Sionist rejimin “Kan” milli telekanalının verdiyi məlumata görə İsrail təhlükəsizlik rəsmiləri qəribə bir iddia ilə son 10 ayın hücumlarından sonra Həmasın döyüş hissələrinin çoxunun məhv edildiyini bildiriblər.

Bir halda ki, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş yüksək rütbəli məmuru “Ralf Qof” “New York Times” qəzetinə Həmas-ın gücü və sionist rejimin zəifliyi haqqında belə demişdi: “Həması aradan qaldırmaq mümkün deyil və İsrail yəqin ki, heç vaxt tam şəkildə HƏMAS-ı məhv edə bilməyəcək.”

Sionist Radio və Televiziya Təşkilatı daha sonra bildirib ki, bu rejimin təhlükəsizlik qurumları Təl-Əvivdəki siyasi liderləri məlumatlandırıblar ki, əsirlərin dəyişdirilməsi ilə bağlı razılığa gəlmək vaxtı çatıb.

Keçmiş Amerika və İsrail rəsmiləri də “New York Times” qəzetinə deyiblər: “İsrailin qalan ən böyük məqsədlərindən biri Qəzzədə təxminən 115 diri və ölü məhbusun geri qaytarılmasıdır ki, buna hərbi yolla nail olmaq mümkün deyil və danışıqlar yolu nəticə verə bilər. Artıq İsrail ordusunun gücü Qəzzədə sona çatıb”.

2 günlük atəşkəs və məhbus mübadiləsi danışıqları cümə axşamı və cümə günləri Duhada keçirilib və HƏMAS rəsmilərinin sözlərinə görə, bu danışıqlar “vaxt itkisi” olub və Təl-Əviv yeni tələblər irəli sürüb.

Alalam

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

1 şərh

other sites like adsense Avqust 18, 2024 - 7:55 səhər

An informative and well-written piece. The principles are easily understood and applied thanks to your thorough explanations and practical examples. Thank you for taking the time to provide such detailed information. Your time and knowledge are much appreciated.

Add Comment