Sionist mediası: Hizbullah 150.000 raketə sahibdir

Qafqaztimes xəbər verir ki, sionist mediası, rejim ordusunun Hizbullahın raket arsenalında müxtəlif növ raketlərin olduğunu və növbəti bir müharibə başladığı təqdirdə işğal altındakı Fələstinə gündə 3000-ə qədər raket atılacağını təxmin etdiyini bildirib.

Sionist “Walla” saytının verdiyi məlumata görə, Sionist rejim ordusunun gəldiyi nəfər görə, Hizbullah 150.000 ədəd müxtəlif tipli raketlərə sahibdir.

Bu veb sayt qeyd edib ki, Livana qarşı ikinci müharibədən (2006-cı ildəki 33 günlük müharibə) 15 il keçmiş və bu illər ərzində təxminlərə görə Hizbullahın raket arsenalında 15-700 kilometr məsafəli raketlər, 200 km-ə qədər idarəolunan raketlər, 400 kilometrə qədər uça bilən pilotsuz təyyarələr mövcuddur.

Walla əlavə edib ki, İsrail ordusu, Hizbullahla növbəti qarşıdurmada, işğal altındakı Fələstinə gündə 1000-3000 raket atılacağını proqnozlaşdırır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib