Sionist medialar: Livan hələ hərbi potensialının 10%-ni nümayiş etdirməyib

Sionist medialar: Livan hərbi potensialının 10%-ni nümayiş etdirib

Sionist rejim mediaları Livan müqavimətinin hərbi potensialının hələ 10% -ni nümayiş etdirdiyini və əsas gücünü sonrakı mərhələlər üçün saxladığından xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yediut Aharanut qəzeti bu gün (26 sentyabr)  yazıb: İsrailin Livana zərbələr endirməsinin səbəbi Hizbullahın zəifliyi deyil. Əslində Livan müqaviməti öz gücünün hələ 10%-ni belə göstərməyib və gələcəkdə Tel Əvivə ağır zərbələr vuracaq.

Qəzet daha sonra yazır: Analitiklərin fikrincə Hizbullah bəzi məsləhətlərə əsasən, hərbi gücünü nümayiş etdirmək istəmir və İsrailə tutarlı cavab vermək üçün planlar hazırlayır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur