Sionist medialar: Hizbullahın hücumları israillilərin şimal bölgələrinə geri dönməsini çətinləşdirir

Sionist rejim mediaları Hizbullahın hücumları nəticəsində israillilərin şimal bölgələrinə geri dönməsində problemlər yaratdığı bəhanəli məlumatlar dərc edir.

İRNA-nın məlumatına əsasən, sionist rejim mediaları yazır: İsrail zabitləri Hizbullahın verdiyi xəsarətlər qarşılığında Livan mövqelərinə daha çox zərbə vurmağın lazım olduğunu vurğulayırlar.

İsrail zabitləri həmçinin etiraf ediblər ki, Hizbullahın hücumları nəticəsində şimal əhalisinin evləri xarabalığa çevrilib və onların artıq yaşamaq üçün məskənləri yoxdur. Çünki Hizbullahın hücumları çox dəqiq və dağıdıcıdır.

Sionist medialarının paradoksal xəbərləri istər-istəməz insanlarda şübhələr oyadır. Çünki həmin medialar ötən günlərdə Hizbullahın Keryat Şamuna atdığı 55 raketin hədəfə dəymədiyini iddia etmişdi.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur