Sionist media: Qəzzə müharibəsi İsrail hərbçilərinin qəbristanlığına çevrilib

Sionist media: Qəzzə müharibəsi İsrail hərbçilərinin qəbristanlığına çevrilib

İbranidilli qəzet Qəzzə müharibəsinin İsrail hərbçiləri üçün ölüm maşını olduğunu və zolağın onlar üçün bir qəbristanlığa çevrildiyini etiraf edib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Yesrael Hayom qəzeti bugünkü (27 aprel) sayında yazıb: İsrail bu müharibə dövründə həddən artıq çox bədəl ödəyir və böyük tələfatlar verib. Belə ki, Qəzzə artıq israilli hərbçilərin qəbristanlığına çevrilib və bədbəxlik burasındadır ki, bu qəbristanlıq günü-gündən genişlənir.

Qəzet əlavə edib: Artıq bir çox ailələr qorxu və narahatçılıqdan gecələr yatmır, daxili parçalanmalar xeyli güclənib, cəmiyyətdə qəzəb və incikliyin miqdarı artıb, böhranlar təkrarlanır. Bunlar bizim üzləşməkdən başqa çarəmiz olmayan bəzi xərclərdir.

Məqalənin başqa bir hissəsində deyilir: Bəli, kiberməkanda hər yerdə söyüşlər püskürür. İsrail rəhbərliyi uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürmək istəmir və yalnız uğurları özününkü hesab edir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur