Sionist media: Oktyabr müharibəsi əksər israillilərin psixoloji sarsıntılarına səbəbdir

Sionist media: Oktyabr müharibəsi əksər israillilərin psixoloji sarsıntılarına səbəbdir

Sionist mediaları Qəzzə müharibəsinin israillilərin əksəriyyətinin psixoloji problemlərinin artmasına səbəb olduğundan xəbər verir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Ziman İsrael qəzeti dünənki sayında (22 sentyabr) Əl Əqsa Tufanı əməliyyatından sonra israillilərin psixoloji problemlərinin 900% artmasından və bunun bir növ epidemiya halına çevrildiyindən yazıb.

Qəzet Təhlükəsizlik Sistemləri və ordu statistikasına istinadən yazır: Qəzzə zolağındakı müharibə yalnız fiziki cəhətdən deyil, ruhi-psixoloji baxımdan da insanları korlayıb. “Dəmir Qılınclar” (Qəzzə) müharibəsinin insanlara ruhi cəhətdən daha çox mənfi təsir edib və şok, nigarançılıq, depressiya, narkomaniya, panik attack kimi digər təhlükəli xəstəliklərin yaratdığı problemlərə düçar edib.

Qəzetin yazdığına görə İsrail psixoloji sarsıntılar keçirən xəstələrin əksəriyyəti xəstəxanalarda terapiya olunduğu üçün yer və tibbi qüvvə azlığı problemi də yaşayır və xəstələrin sayı günü-gündən artmaqdadır. Belə ki, hətta bütün ailə üzvlərinin ruhi xəstəxanada yerləşdirilməsi ilə işlər daha da çətinləşir.

Related posts

KİV: İsrail Sinvarın şəhid olması barədə tədqiqat aparır

Hizbullah İbrahim Əqilin şəhid olduğunu təsdiqlədi

Brik: Livana son hücumu İsrailin məhvidir