Sionist itkiləri 2022-ci ildə rekord vurdu -31 ölü

QafqazTimes xəbər verir ki, İbrani qəzeti “Yediot Aharanot” Fələstin müqavimətinin bu il işğalçı qüvvələrə və sionist mühacirlərə qarşı apardığı əməliyyatlar zamanı 31 mühacirin öldürüldüyü barədə xəbər yayıb.

Bu qəzet yazır: “Bu ilin əvvəlindən İordan çayının qərb sahilində 300 atışma əməliyyatı həyata keçirilib. Bu o deməkdir ki, 300 silahlı qrup və ya 300 silahlı insan var. Amma bu statistika macəranın başlanğıcıdır… 100 silahlı fələstinlinin eyni vaxtda əməliyyata başlaması, orduya və ya köçkünlərə atəş açılması ssenarisi haqqında düşünmək kifayətdir. Belə olan halda biz tamam başqa vəziyyətə düşəcəyik”.

Bu hesabata əsasən, 2005-ci ildən bəri öldürülən sionistlərin sayı sionist rejim üçün narahatedici rekorddur.

Artıq bir ilə yaxındır ki, ötən illərdən fərqli olaraq İordan çayının qərb sahili hər gün Fələstin xalqının sionist hərbçilər və sionist mühacirlər ilə qarşıdurma və silahlı mübarizəsinin şahidi olur. Sionistlər üçün çox qeyri-adi görünən bu məsələ artıq onlar üçün bir kabusa çevrilib. Çünki bundan əvvəl sionist hərbçilər İordan çayının qərb sahilinin kənd və şəhərlərinə hücum etmək və fələstinliləri həbs etmək üçün heç bir müxalifət və müqavimətlə üzləşməmişdilər.

İbranicə “Wala” internet saytı daha əvvəl yazmışdı ki, bu ilin əvvəlindən və təhdidlərə baxmayaraq, Fələstin rəhbərliyinin zəifliyi və koronavirus məhdudiyyətləri səbəbindən və Sionist Ordu qüvvələrinin fəaliyyətinin azalması nəticəsində işğal altındakı İordan çayının qərb sahilinə silah gətirmə əməliyyatı xeyli artıb.

Yediot Aharonot qəzeti də ötən ilin yayında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində müqavimətin və silahlı mübarizənin genişlənməsi ilə bağlı xəbərdarlıq edərək yazmışdı: “İordan çayının qərb sahilinin milisləri çox cəsarətlidirlər. Onlar qarşıdurma axtarır və təslim olmaqdan imtina edirlər.”

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik