Sionist haham: İsraildən gedəcəyik

İşğal olunmuş Fələstin toraqlarında məskunlaşan sionist haham Yetshaq Yusef bu gün (9 mart) İsrail ordusunda xidmətə məcbur ediləcəkləri təqdirdə bu ölkəni tərk edəcəklərini deyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Yetshaq Yusef deyib ki, Lavi tayfası orduya xidmətdən azad olduğu üçün heç bir vəchlə hərbi xidmətə getməyəcəklər və dövlət onları xidmətə məcbur edərsə, hamılıqla İsraili tərk edəcəklər.

Sionist rejim televiziyasının 12-ci kanalı isə 7 oktyabrdan bu günə kimi 30 min israillinin ölkəni tərk etdiyini elan edib.

İRNA-nın məlumatına görə, Həmasın 7 oktyabr Əl Əqsa Tufanı əməliyyatından sonra yüz minlərlə israilli işğal olunmuş Fələstindən qaçıb.

Bu barədə hesabat yayan “Times of İsrael” saytı 7 oktyabrdan noyabrın əvvəlinə qədər 370 min israillinin işğal olunmuş Fələstini tərk etdiyi bildirilir.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir