Sionist “Haaretz” qəzeti: Livana od vursaq, orada yanacağıq!

İsrailin “Haaretz” qəzeti bu rejim ordusunun Livana qayıtması ilə bağlı xəbərdarlıq edən məqalə dərc edib və belə bir hücumun tərəfdarlarını qarşısıalınmaz odla oynayan insanlar kimi qələmə verib.

Qafqaztimes xəbər verir ki, bu məqalənin müəllifi Əmir Ören sionist rejimin işğalçı ordusunun kəşfiyyat xidmətinin ehtiyatda olan zabiti Şlomo Mofaza istinadən xəbərdarlıq edib ki, bu gün Livanda yeni müharibəyə çağırış edən sionistlər nə danışdıqlarını bilmirlər.

İşğalçı ordunun kəşfiyyat xidmətinin bu yüksək rütbəli zabiti bildirib ki, Əl-Cəlil bölgəsində yaşayan yəhudilərin problemlərini həll etmək üçün Livana hücum idarəolunmaz atəşlə oynamaqdır.

O, vurğulayıb ki, bu rejimin nə kabinetdə, nə orduda, nə də kəşfiyyatda liderlərindən heç biri Beyrutun, Tehranın, hətta Vaşinqtonun cavabının nə olacağını təxmin edə bilməz.

Al-alam

Related posts

Müsəlmanların parçalanmasının nəticəsi İslam düşmənlərinin hökmranlığı və bəzi İslam ölkələrinin ABŞ-ın dəstəyinə möhtac olmasıdır

İran: TŞ İsrailin xuliqanlığına son qoysun

İran Livana hava hücumlarını kəskin qınadı