Sionist hərbiçilərinin Qüdsdə fələstinli vətəndaşlara qarşı zorakılığı + Video

Qafqaztimes xəbər verir ki, Fələstin müqavimət qruplarının xəbərdarlıqlarına baxmayaraq çərşənbə axşamı sionist hərbiçiləri işğal olunmuş Qüdsdə fələstinli mülki şəxslərə qarşı zorakılıq etmişlər.

Sionist qüvvələr yəhidilərin Qüds şəhərinə girib bayraq yürüşünü keçirmələrini təmin etmək üçün Bab əl-Əmudda fələstinli vətəndaşlara qarşı hücum həyata keçirmişlər.

“Ərəb 48” xəbər saytı məlumat verib ki, sionist silahlı qüvvələri bu hücumda çox sayda fələstinli vətəndaşı həbs etmişdir.

Əl-Cəzirə telekanalı İsrail polisinə istinadən Bab əl-Əmudda altı gənc fələstinlinin həbs olunduğunu bildirib.

Əl-Məyadin telekanalı ayrıca Təl-Əviv qüvvələrinin bu kanalın müxbiri də daxil olmaqla jurnalistlərin hadisə yerinə yaxınlaşmasına mane olduğunu xəbər verib.

Fələstinli mənbələr Sionist rejimin hərbi qüvvələrinin bəzi yolları bağladıqlarını və fələstinlilərin girişinə icazə vermədiklərini bildiriblər.

Sionist mənbələrinə görə, rejim polisi yürüş iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün işğal olunmuş Qüds şəhərinə 2000 əsgər göndərib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır