Sionist hərbçilərin fələstinliləri atəşə tutması nəticəsində 12 nəfər yaralanıb

QafqazTimes xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilində Nablusun şərqindəki Beyt Dəcən kəndinə hücumu nəticəsində 32 fələstinli yaralanıb.

Fələstin Əl-Youm-un məlumatına görə, Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, işğalçı qüvvələr Nablusun şərqində sionist məskunlaşma əleyhinə etiraz edən yürüş iştirakçılarına döyüş güllələri ataraq ən azı 12 nəfəri yaralayıb.

Bu ərazinin tibb işçilərinin məlumatına görə, ən azı 20 nəfər sionist hərbçilərin atdığı gözyaşardıcı qaz nəticəsində boğulma halı ilə qarşılaşmışlar ki, onlara hadisə yerndəcə ilkin tibbi yardım göstərilib.

Sionist hərbçilər Kəfər Qəddum kəndində də bu bölgədə həftəlik məskunlaşma əleyhinə yürüşdə və işğalçı rejimin həbsxanalarındakı xəstə məhbuslara, o cümlədən Nasir Əbu Həmidə dəstək aksiyasında iştirak edən fələstinlilərə hücum edərək, onları yaralayıblar.

Yerli mənbələrin məlumatına görə, işğalçı qüvvələr yürüş iştirakçılarına ağır plastik güllələr ataraq, azı 5 gənci yaralayıblar. Onlarla gənc isə gözyaşardıcı qaz nəticəsində xəsarət alaraq, ambulator müalicə olunublar.

Qeyd edək ki, yürüş iştirakçıları cümə namazından sonra işğalçı rejim əleyhinə şüarlar səsləndirərək sionist rejimin fələstinli məhbuslara qarşı tibbi səhlənkarlıq siyasətini pisləyib və Əbu Həmidə dəstək nümayiş etdiriblər. Onlar həmçinin sionist rejimin təcavüzü və cinayətlərini pisləyən küçə etirazlarının yayılmasına çağırış ediblər.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya