Sionist hərbçiləri iki gənc fələstinliyə atəş açıblar

QafqazTimes xəbər verir ki, cümə günü İsrail qüvvələri Fələstin xalqına qarşı hücumların və təcavüzlərin ardınca Ramallah şəhərinin şimal-qərbindəki Deyr Qassanə kəndindən olan iki gəncə atəş açıb.

Fələstin Muxtariyyətinin rəsmi xəbər agentliyi “Vafa”nın məlumatına görə, İsrail qüvvələrinin kəndə hücumundan sonra xalqla Tel-Əviv silahlıları arasında qarşıdurma baş verib, nəticədə iki gənc fələstinli yaralanaraq xəstəxanaya aparılıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, hücumun şahidi deyib: “Sionist qüvvələrlə iki gənc fələstinli arasında yaranan bu toqquşma, bir qrup Tel-Əviv hərbiçisinin Deyr Qassanə kəndinə hücum edərək bir neçə nəfəri həbs etməsindən sonra baş verib.”

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, İsrail ordusu bu ilin əvvəlindən qərb zolağında 639 hücum həyata keçirib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur